Ramil Şeydayev - 100

Ramil Şeydayev - 100
Futbol
06 Fevral 2023 - 14:09
Ramil Şeydayev "Qarabağ"da 100-cü oyununu keçirib. İyirmi yeddi yaşlı hücumçunun yubiley matçı Azərbaycan Premyer Liqasının XXI turunda olub.

Supersport.Az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, o, "Kəpəz"lə səfər görüşündə meydana çıxıb. Futbolçu 100 matçda 30 qola imza atıb. Ramil, ölkə çempionatında 61 (23 qol), kubok yarışlarında 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.

R.Şeydayevin "Qarabağ"dakı debütü də "Kəpəz"ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.

Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

Digər xəbərlər