Boksçularımız beynəlxalq turnirdə

Boksçularımız beynəlxalq turnirdə
Digər, Boks
06 Fevral 2023 - 16:00
Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start veriləcək.

Supersport.Az-a Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, beş gün davam edəcək yarışda milli komanda da mübarizə aparacaq.

Yığma Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.

Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq. Bu gün Macarıstana yollanan komanda fevralın 12-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışda 26 ölkədən 352 boksçunun iştirakı gözlənilir.

Digər xəbərlər