Millimiz taciklərə məğlub oldu

Millimiz taciklərə məğlub oldu
Futbol
06 Fevral 2023 - 19:26
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.

Supersport.Az xəbər verir ki, oyundan əvvəl Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarşılaşma 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib. U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.

Digər xəbərlər