"Qəbələ"də yeni futbolçu

"Qəbələ"də yeni futbolçu
Futbol
06 Fevral 2023 - 18:03
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Qəbələ" Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayınadək Premyer Liqa təmsilçisinin formasıı geyinəcək. Onun son klubu isə Belçika "Virton"u olub.

Bu, "Qəbələ"nin 2022/23 qış transfer pəncərəsində reallaşdırdığı ilk keçiddir.

Qeyd edək ki, Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), "Svope Park Reyncers" (2019-2020) və "Lyers Kempenzone" (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.

Digər xəbərlər