Messi fransız klubunu tərk edə bilər

Messi fransız klubunu tərk edə bilər
Futbol
06 Fevral 2023 - 15:00
Dünya çempionu Lionel Messinin karyerasını Fransada davam etdirəcəyi sual altındadır.



Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, PSJ-nin idman direktoru Luis Kampos argentinalı futbolçuyla danışıqların davam etdiyini bildirib.

"Hazırda Messiylə müqaviləni artırmaq üçün danışıqlar davam edir. Onu burda saxlamaq istəyirik, gizlətmirəm. Yeni müqavilə üçün danışırıq".

Qeyd edək ki, bu mövsüm PSJ formasıyla 24 oyun keçirən Messi 15 qol vurub, 14 effektli ötürmə verib. Məşhur futbolçu Argentina yığmasıyla dünya çempionatında Fransa seçmə komandasını məğlub edib. Messi 2021-in 10 avqustunda PSJ ilə 2+1 illik müqavilə imzalayıb. 35 yaşlı futbolçu illik 35 milyon avrodan çox gəlir qazanır.

Digər xəbərlər