Millimiz qızıl medalsız qaldı

Millimiz qızıl medalsız qaldı
Karate, Digər
30 Yanvar 2023 - 01:27
Supersport.Az-ın məlumatına görə, Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində qızıl medal qazana bilməyiblər. Mötəbər yarışda 56 ölkədən 367 idmançı mübarizə aparıb. Ölkəmizdən turnirdə 12 kişi, 4 qadın karateçi iştirak edib.

Turnirin son günündə təmsilçilərimizdən Mədinə Sadıqova (55 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) öz döyüşlərində qalib gələrək üçüncü yeri tutublar.

Əminağa Quliyev (60 kq) isə məğlub olaraq 5-ci olmaqla kifayətlənib.

İrina Zaretska (68 kq), Turqut Həsənov (84 kq) bürünc medal qazanıb.

Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84) 5-ci olub.

Digər xəbərlər