Son saniyədə qələbə qazanıldı, bir oyun təxirə düşdü

Son saniyədə qələbə qazanıldı, bir oyun təxirə düşdü
Digər, Basketbol
29 Yanvar 2023 - 09:25
Azərbaycan Basketbol Liqasında (ABL) XV tur başa çatıb.





Supersport.Az-ın məlumatına görə, 28 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində "AAAF Xırdalan BK və "Neftçi İK" komandaları qarşılaşıb. Əlavə vaxta gedən matçın sonunda Xırdalan təmsilçisi rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan BK"dan Devin Pullum (35 xal, 5 asist) və "Neftçi"dən Davit Lomidze (24 xal, 4 ribaund) olub.

Qeyd edək ki, "Gəncə BK" - "Olimpik Şəki BK" oyunu texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.

Digər xəbərlər