"Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"

"Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"
Futbol
28 Yanvar 2023 - 13:00
"Qarabağ"ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Supersport.Az xəbər verir ki, Əlcəzair əsilli fransalı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" kimi böyük komandaya qoşulmaqdan çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm", - 29 yaşlı vinger yazıb.

Qeyd edək ki, Fransanın "Dijon" klubundan transfer edilən Yassin Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Digər xəbərlər