"Traktor" Tehrandakı terroru pislədi: "Qardaş ağrısını qardaş çəkər"

"Traktor" Tehrandakı terroru pislədi: "Qardaş ağrısını qardaş çəkər"
Futbol
27 Yanvar 2023 - 14:44
"Qardaş ağrısını sadəcə, qardaş çəkər".

Supersport.Az xəbər verir ki, bu fikir Təbrizin "Traktor" futbol komandasının Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı açıqlamasında yer alıb.

Klub hadisəni qınayıb:

"Qardaş acısını qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə pisləyirik. Terrora son!"

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terrorçu saxlanılıb.

Digər xəbərlər