“Qarabağ” yeni transferini açıqladı - Video

Futbol, Video
26 Yanvar 2023 - 22:37
"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb.

Supersport.Az xəbər verir ki, bununla bağlı Ağdam klubu video paylaşıb. Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək.

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbağça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib.

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.

Digər xəbərlər