"Zirə" "Dinamo"çunu aldı

"Zirə" "Dinamo"çunu aldı
Futbol
25 Yanvar 2023 - 12:45
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, komanda Vladislav Kulaçla anlaşıb. Ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.

Qeyd edək ki, 30 yaşlı futbolçunun son klubu Ukraynanın "Dinamo" (Kiyev) komandası olub. O, həmçinin ölkəsinin “Şaxtyor”(Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Digər xəbərlər