"Qarabağ"dan yeni hücumçuyla bağlı açıqlama

"Qarabağ"dan yeni hücumçuyla bağlı açıqlama
Futbol
24 Yanvar 2023 - 20:07
"Qarabağ"ın yeni transferi Redon Cica Bakıya təşrif buyurub.

Supersport.Az-a bu haqda məlumatı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.

"Qarabağ" 24 yaşlı hücumçu tibbi yoxlanışdan keçdikdən sonra müqavilə imzalayacaq. Kontraktın müddəti 3.5 illik olacaq.

Xatırladaq ki, Albaniya millisinin üzvü son klubu "Tirana"da 55 oyun keçirib və 32 qola imza atıb.

Digər xəbərlər