"Neftçi" hücumçunu satdı

"Neftçi" hücumçunu satdı
Futbol
23 Yanvar 2023 - 21:17
Supersport.Az-ın məlumatına görə, "Neftçi" "Apollon" klubu ilə futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar rəsmi danışıqlar uğurla başa çatdırılıb və hücumçu Kipr təmsilçisinə satılıb.

Azərbaycan komandası, "Ağ-qaralar"a göstərdiyi xidmətlərə görə qanalı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda "Neftçi"nin formasını geyinib, 6 qol vurub.

Digər xəbərlər