Azərbaycanlı mütəxəssis əcnəbi hakimlərin işinə qiymət verəcək

Azərbaycanlı mütəxəssis əcnəbi hakimlərin işinə qiymət verəcək
Digər, Voleybol
23 Yanvar 2023 - 13:00
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.

Supersport.Az-ın milli qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 final matçının supervayzeri təyin edilib. Həmvətənimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək "Steaua Bucuresti" (ROU) - “Olympiacos Piraeus” (GRE) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.

Digər xəbərlər