"Qarabağ"a yeni hücumçu nə vaxt qoşulacaq?

"Qarabağ"a yeni hücumçu nə vaxt qoşulacaq?
Futbol
23 Yanvar 2023 - 15:10
Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Türkiyənin Antalya şəhərində son məşqini keçirən "Qarabağ" vətənə dönəcək.

Ağdam təmsilçisinin müsbət cavab aldığı Albaniya millisinin hücumçusu Redon Cica Bakıda yeni komandasına qoşulacaq. "Qarabağ"ın forvardla 4 illik müqavilə imzalayacağı bildirilir.

"Tirana"nın 24 yaşlı futbolçusu sol ayağını daha çox istifadə edir və bu komandada keçirdiyi 54 oyunda 32 qol vurub, 7 də assist edib.

Digər xəbərlər