"Qarabağ"ın rəqibi qalib gəldi, irəlilədi

"Qarabağ"ın rəqibi qalib gəldi, irəlilədi
Futbol
23 Yanvar 2023 - 02:05
Belçika çempionatında 22-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" səfərdə "St.Truiden"i 3:0 hesabıyla məğlub edib. Abubakar Koyta 16-cı dəqiqədə qırmızı vərəqəylə cəzalandığından meydan sahibi komandanı azlıqda qoyub.

"Gent"dən İbrahim Salah 34-cü dəqiqədə hesabı açıb. Huqo Kaypers 44-cü dəqiqədə ikinci, 55-ci dəqiqədə isə üçüncü qolu vurub.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. 22 turdan sonra xalını 38-ə çatdıran "Gent" turnir cədvəlində bir pillə qalxaraq 4-cü yerə irəliləyib.

"Genk" isə 18 komandanın iştirak etdiyi çempionatda 55 xalla liderdir.

"Qarabağ" fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda "Gent"i qonaq edəcək. Matç 21:45-də başlayacaq.

Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşmaya isə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Digər xəbərlər