Ronaldo bu gün ilk oyununa çıxa bilər

Ronaldo bu gün ilk oyununa çıxa bilər
Futbol
22 Yanvar 2023 - 15:51
Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda "Əl Nəsr" "Əl İttifaq"la qarşılaşacaq.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, Kriştiano Ronaldo bu matçda meydana çıxaraq, "Əl Nəsr"in heyətində ölkə çempionatında debüt edə bilər.

Ronaldo artıq Səudiyyə Ərəbistanında meydana çıxıb. Bu, Riyad komandasının ("Əl Nəsr" və "Əl Hilal"ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq görüşündə baş verib. Həmin matçda portuqaliyalı forvard dubla imza atıb.

 

Digər xəbərlər