Messinin zərbəsini qaytaran qolkiper "Qarabağ"ın diqqətində - Video

Messinin zərbəsini qaytaran qolkiper "Qarabağ"ın diqqətində - Video
Futbol, Video
21 Yanvar 2023 - 21:41
Supersport.Az "Qarabağ"ın maraqlandığı İspaniya "Kartagena"sının qapıçısı Aaron Eskandelldən videogörüntü təqdim edir.


27 yaşlı qolkiperin Azərbaycan klubuna keçidi gözlənilir.

Şahruddin Məhəmmədəliyevin zədələnərək iki aylıq sıradan çıxması Ağdam klubunu təcili qolkiper axtarışına vadar edib. Baş məşqçi Qurban Qurbanovun bu mövqe üçün bir neçə namizədi var ki, onlardan biri də məhz Eskandelldir.

La Liqa-2 təmsilçisinə mövsümün əvvəlində keçən ispaniyalının müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Onun qiyməti məşhur transfermarkt.com saytında 1 milyon avro göstərilir.

Qeyd edək ki, yeniyetmə vaxtlarında "Vilyarreal", "Valensiya" və "Malaqa"nın akademiyalarında çıxış edən Aaron Eskandell peşəkar karyerası ərzində "Malaqa"nın əvəzedici komandasının, həmçinin "Qranada"nın formasını geyinib.

 

Digər xəbərlər