“Yuventus”un 15 xalı silindi

“Yuventus”un 15 xalı silindi
Futbol
21 Yanvar 2023 - 09:07
“Yuventus”un şübhəli transferlərə görə 15 xalı silinib.

Supersport.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilib ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə çempionatında topladığı xalların 15-ni silib. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.
Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün klubun mühasibat sənədlərində səhv məlumatlar verilib.

Digər xəbərlər