Messinin komandası Ronaldonun klubunu uddu - Foto-Video

Messinin komandası Ronaldonun klubunu uddu - Foto-Video
Futbol, Video
19 Yanvar 2023 - 23:35
Lionel Messi of PSG and Cristiano Ronaldo of Riyadh All-Stars split

Resim

Resim

Resim

Resim

PSG vs Al Nassr/Al Hilal, Messi and Ronaldo face off – live score and latest updates

Ronaldo

ronaldo and keylor navas

Resim

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib.



Supersport.Az xəbər verir ki, “King Fahd İnternational” stadionunda baş tutan qarşılaşmada qapılara 9 qol vurulub.

90 dəqiqənin tamamında Paris təmsilçisi 5:4 hesablı qalib gəlib.

Resim

neymar

Hesabı 3-cü dəqiqədə Fransa klubunun ulduz futbolçusu Lionel Messi açıb. 34-cü dəqiqədə “Əl-Nəsr”in yeni transferi Kristiano Ronaldo penaltidən dəqiq yararlanaraq tarazlığı bərpa edib. PSJ 39-cu dəqiqədə azlıqda qalıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, parislilər 43-cü dəqiqədə yenidən önə keçiblər. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldo özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 61-ci dəqiqədə Ronaldo, 1 dəqiqə sonra isə Messi əvəzləniblər. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Anderson Taliska qoyub.

Digər xəbərlər