Mahirin komandası qalib gəldi

Mahirin komandası qalib gəldi
Futbol
18 Yanvar 2023 - 11:11
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"su qış təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

Supersport.Az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın "Bravo" klubu ilə qarşılaşıb. "Dinamo" 2:0 hesablı qələbə qazanıb. Emreli start heyətində meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bundan əvvəl Sloveniyanın "Çelye" klubu ilə keçirilən yoxlama matçında da (1:1) Mahir start heyətdə yer almışdı.

Digər xəbərlər