Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununda Macarıstanın “MTK Budapeşt” klubunu məğlub edib. Azərbaycan komandası Fərid Nəbiyevin 34-cü dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Mütəxəssis Tərlan Əhmədovun çalışdırdığı “Kəpəz” yanvarın 16-da “Novi Pazar” (Serbiya), 18-də isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.