Azərbaycanın qazancı: 837 medal

Azərbaycanın qazancı: 837 medal
Digər
28 Dekabr 2022 - 15:15
Bir il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar.

Supersport.Az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) Olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-Olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.

 

Digər xəbərlər