Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir.
Supersport.Az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.
Lider “Qarabağ” “Səbail”ə səfərdə 3 qolla qalib gəlib..
Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Sabah”a evdə (0:6), “Şamaxı” isə “Neftçi”yə səfərdə (0:3) böyük hesabla uduzub. Tura sabah keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr
“Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Səbail” – “Qarabağ” 0:3
Qollar: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.
“ASCO Arena”, 17:30.
|
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 14 qol
Musa Qurbanlı (“Qarabağ”) – 12 qol
Emin Mahmudov (“Neftçi”) – 10 qol
Coy Lens Mikels (“Sabah”) – 9 qol