"Sabah"dan 6, "Neftçi"dən 3 qolla qələbə

"Sabah"dan 6, "Neftçi"dən 3 qolla qələbə
Futbol
23 Dekabr 2022 - 20:20
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Supersport.Az xəbər verir ki, "Neftçi" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. Oyun "ağ-qaralar"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Günün ikinci matçında isə son turlarda uğursuz çıxış edən "Sabah" ardıcıl 2 oyunda qələbə qazanan "Sumqayıt"ın qonağı olub və rəqibini darmadağın edib - 6:0.

Turun digər oyunları dekabrın 24-ü və 25-də keçiriləcək.

23 dekabr (cümə)

18:30. “Sumqayıt” – “Sabah” - 0:6

Qol: Emmanuel Apeh, 3 (0:1), Coy Lens Mikels, 14 (0:2), Aleksey Kaşuk, 28 (0:3), Elvin Camalov, 33 (0:4), Anatoli Nuriyev, 77 (0:5), Davit Volkov, 85 (0:6)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
“Kapital Bank Arena".

16:00. “Neftçi” – “Şamaxı” - 3:0 

Qollar: İsmayıl Zülfüqarlı, 41, Fuad Bayramov, 52-avtoqol, Ağadadaş Salyanski, 88
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bakcell Arena”.

24 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər
: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu.

17:30. “Səbail” – “Qarabağ”
Hakimlər:
 Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.

25 dekabr (bazar)

15:00. “Zirə” – “Kəpəz”
Hakimlər:
 Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu.

 









  • Premyer Liqa



















































































































NKlublarOQHMT-FX
1Qarabağ17152045-847
2Sabah18134140-1343
3Neftçi18122435-1938
4Zirə1783618-2227
5Qəbələ1773720-1824
6Turan Tovuz1744911-2216
7Şamaxı1827914-2813
8Sumqayıt18261010-3012
9Kəpəz17251014-3311
10Səbail17241113-2710


 



Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 13 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Coy Lens Mikels ("Sabah") - 9 qol



Digər xəbərlər