Supersport.Az “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun maraqlı açıqlamasını videogörüntüyə alıb.
Azarkeşlərə söz verməyə ehtiyac görməyən mütəxəssis, bildirib ki, hələlik komandanı tərk etmək fikri yoxdur.
“Həmişə istəyirəm klubuma sadiq qalım. Azarkeşlərimizə vəd verməyə ehtiyac görmürəm. Çox istərdim ki, komandama sadiq olum. Hələlik buradan ayrılmaq fikrində deyiləm. Həyatdır, nə vaxtsa “Qarabağ”dan getsəm, doğma klubumu üstün tutacağam”.