Cüdoçularımız 200 min avroluq yarışda

Cüdoçularımız 200 min avroluq yarışda
Digər, Cüdo
19 Dekabr 2022 - 15:00
Dekabrın 20-22-də İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış - "World Masters" turniri keçiriləcək.

Supersport.Az xəbər verir ki, 200 min avro mükafat fondu olan yarışda ölkəmizi 13 idmançı təmsil edəcək.

Kişilərdən Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.

Turnirə 58 ölkədən 367 cüdoçu qatılacaq.

Digər xəbərlər