Mərakeşin rəqibi fransızlar oldu

Mərakeşin rəqibi fransızlar oldu
Futbol
11 Dekabr 2022 - 01:14
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşlə üz-üzə gəlib və minimal hesabla uduzub.

Digər matçda İngiltərə Fransaya 1:2 hesabı ilə məğlub olub.

Ötən gün keçirilən oyunlarda Xorvatiya Braziliyanı, Argentina Niderlandı yolundan kənarlaşdırıb.

Dünya çempionatı


1/4 final


10 dekabr

19:00. Mərakeş - Portuqaliya 1:0


Qol: Yusuf Ən-Nəsiri, 42

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl Tumama" stadionu.

23:00. İngiltərə - Fransa 1:2

Qollar: Çuameni, 25 (0:1), Harri Keyn, 54-pen. (1:1)  Jiru, 78 (1:2)

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Əl Bayt" stadionu.

Digər xəbərlər