“Qəbələ”dən qələbə, “Sabah” “Şamaxı”yla sülhə razılaşdı

“Qəbələ”dən qələbə, “Sabah” “Şamaxı”yla sülhə razılaşdı
Futbol
03 Dekabr 2022 - 18:49
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib. Meydan sahibi komanda qalib gəlib.

Günün ikinci görüşündə “Sabah” - “Şamaxı” matçı keçirilib. Oyun qollu heç-heçəylə bitib.

Azərbaycan Premyer Liqası, XVI tur

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail” 2:1


Qollar: Feras Abu Akal 35, Ülvi İsgəndərov 63 - Kizito Luvaqa 4.

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

17:00. “Sabah” – “Şamaxı” 1:1

Qollar: Kristian Sebalyos, 2 (1:0), Fuad Bayramov, 88 (1:1)

Qırmızı vərəqə: Kristian Sebalyos, 27 ("Sabah"), Elçin Mustafayev, 75 ("Şamaxı")

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

Masazır stadionu.

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə üstələyib. Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.

Digər xəbərlər