Mirbağır İsayev futboldan uzaqlaşdırıldı

Mirbağır İsayev futboldan uzaqlaşdırıldı
Futbol
02 Dekabr 2022 - 15:18
Azərbaycan millisinin sabiq futbolçusu Mirbağır İsayev cəzalandırılıb.

Supersport.Az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum AFFA U-17 Liqasında keçirilən “Səbail” –“Turan Tovuz” oyununda baş verənləri müzakirə edib. Meydan sahiblərinin akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 ay müddətinə futbolla bağlı vəzifələrdə işləməyinə qadağa qoyulub. Paytaxt klubu 4000 manat cərimələnib.

“Səbail”in baş məşqçisi Yaşar Abuzərov da cəzasız qalmayıb. Oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbol veteranı 5 matçlıq diskvalifikasiya edilib.

Digər xəbərlər