"Qarabağ" "Neftçi"yə növbəti dəfə dərs verdi

"Qarabağ" "Neftçi"yə növbəti dəfə dərs verdi
Futbol
02 Dekabr 2022 - 23:00

Bu gün AzərbaycanPremyer Liqasında 16-cı tura start verilib.


Supersport.Az xəbər verir ki, ilk oyun günündə Azərbaycan derbisi keçirilib.

"Neftçi" "Qarabağ"ı qəbul edib. Ağdam klubu 4 qolla qələbə qazanıb.

Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olub. Əvvəlki matçların 35-də "Qarabağ", 23-də paytaxt təmsilçisi qələbə qazanmış, 30 görüşdə heç-heçə qeydə alınmışdı. Ağdam klubu çempionatdakı son 5 oyunda rəqibinə qalib gəlmişdi.

2 dekabr (cümə)

21:00. “Neftçi” – “Qarabağ” 0-4

Qollar: Kadi Borqes, 37, 83; Abdullah Zubir, 60; Ramil Şeydayev, 67

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu

17:00. “Sabah” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

4 dekabr (bazar)

14:30. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev
Gəncə şəhər stadionu

17:00. “Zirə”– “Turan Tovuz”


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

Digər xəbərlər