Ronaldo illik 200 milyon avro qazana bilər

Ronaldo illik 200 milyon avro qazana bilər
Futbol
01 Dekabr 2022 - 00:31
Dünya futbolunun ulduzlarından biri Kriştiano Ronaldonun bir klubla anlaşmağa yaxın olduğu xəbəri yayılıb.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubu  Portuqaliya seçmə komandasının oyunçusuna illik 200 milyon avrodan 2.5 illik müqavilə təklif edib və tərəflər razılaşa bilərlər. "Mançester Yunayted" bir müddət əvvəl Ronaldoyla yolları ayırdığı üçün futbolçu klubsuzdur.

"Əl-Nassr"ın heyətində David Ospina, Qonzalo Martines, Türkiyədən tanıdığımız Talişca, Luis Qustavo, Vinsent Aboubakar kimi futbolçular yer alıyor.

Səudiyyə Ərəbistanı klubu 9 dəfə ölkə çempionudur və son dəfə 2019-da birinci olub.

Digər xəbərlər