İran ABŞ-a məğlub oldu, İngiltərə növbəti mərhələdə

İran ABŞ-a məğlub oldu, İngiltərə növbəti mərhələdə
Futbol
30 Noyabr 2022 - 01:05


Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində üçüncü tura start verilib.

Supersport.Az xəbər verir ki, A və B qruplarında son turun oyunları oynanılır.

Dörd xala malik Niderland Qətəri məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Ekvadorla Seneqal isə qrupdan çıxmaq uğrunda mübarizə aparıb. Seneqallıları qalib gələrək istəyinə çatıb.

B qrupunda İngiltərə millisi Uelsi, ABŞ İranı məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

29 noyabr

A qrupu

Ekvador - Seneqal 1:2 

Qollar: Moyzes Kaysedo, 68 - İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70

Niderland - Qətər 2:0

Qollar: Kodi Qakpo, 27, Frenki de Yonq, 50

B qrupu

23:00. İran - ABŞ 0-1


Qol: Kristian Puluşiç 38

​23:00. Uels - İngiltərə  0-3

Qollar: Markus Raşford 50, 68, Fil Foden 51.

Digər xəbərlər