DÇ-2022 “CBC Sport”da

DÇ-2022 “CBC Sport”da
Futbol
28 Noyabr 2022 - 13:13
“Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır”.

Supersport.Az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlama bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib:

"Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu (16 oyundan 8-i - red.) CBC Sport telekanalında yayımlanacaq" - deyə məlumatda qeyd edilir.

Digər xəbərlər