Ölkə çempionatının vaxtı açıqlandı

Ölkə çempionatının vaxtı açıqlandı
Digər, Cüdo
26 Noyabr 2022 - 14:45
Supersport.Az-ın məlumatına görə, 2-5 dekabrda Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək. Yarışda 400-ə yaxın cüdoçu 56 medal və ölkə çempionu titulu uğrunda mübarizə aparacaq. Çempionatın fərdi yarışları 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləyə bilərsiniz.

Qeyd edək ki, yarışın açılış mərasimi dekabrın 3-də saat 16:00-da təşkil olunacaq. Arenaya giriş sərbəstdir.

Digər xəbərlər