İsveçrə, Portuqaliya, Braziliyadan qələbə

İsveçrə, Portuqaliya, Braziliyadan qələbə
Futbol
25 Noyabr 2022 - 00:57



Bu gün DÇ-2022-nin qrup mərhələsində 1-ci tura yekun vurulub.

Supersport.Az xəbər verir ki, ilk turun sonuncu - 5-ci oyun günündə dörd matç keçirilib.

G qrupunda İsveçrə Kameruna qalib gəlib - 1:0. Bu qrupun digər görüşündə Braziliya Serbiyanı 2 qolla məğlub edib.

H qrupunda Uruqvay Cənubi Koreya ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Qrupun digər matçında Portuqaliya Qana ilə üz-üzə gəlib. Görüş Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Qətərdə təşkil olunan dünya çempionatına dekabrın 18-i yekun vurulacaq.

24 noyabr

G qrupu

23:00. Braziliya - Serbiya - 2:0

Qollar: Rişarlison, 62 (1:0), 74 (2:0)

Baş hakim: Alireza Faqani (İran)

"Lusail" stadionu

14:00. İsveçrə - Kamerun - 1:0 

Qol: Embolo, 48 (1:0)

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl-Canub" stadionu



















































1Braziliya110020+23
2İsveçrə110010+13
3Kamerun100101-10
4Serbiya100102-20

H qrupu

20:00. Portuqaliya - Qana - 3:2 

Qollar: Kriştiano Ronaldo, 65-pen. (1:0), Andre Ayev 73 (1:1), Joa Feliks, 78 (2:1), Rafael Leao, 80 (3:1), Osman Bukari, 89 (3:2)

Baş hakim: İsmail Elfat (ABŞ)

"Stadiium 974" arenası

17:00. Uruqvay - Cənubi Koreya - 0:0 

Baş hakim: Kleman Türpen (Fransa)

"Edyukeyşn Siti" stadionu



















































1Portuqaliya110032+13
2Uruqvay10100001
3Cənubi Koreya10100001
4Qana100123-10



Digər xəbərlər