İrana kəskin etiraz: himnini millisi oxumadı, azarkeşləri fitə basdı

İrana kəskin etiraz: himnini millisi oxumadı, azarkeşləri fitə basdı
Futbol
21 Noyabr 2022 - 21:11


Futbol üzrə İran millisinin futbolçuları Qətərdəki dünya çempionatında İngiltərə ilə oyundan öncə dövlət himnini oxumayıblar.

Supersport.Az xəbər verir ki, milli üzvləri Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.

İranlı azarkeşlər də futbolçularla həmrəylik nümayiş etdiriblər. Belə ki, onlar da himni fitə basıblar.

İran dövlət televiziyası isə matçın startı öncəsi yayımı dayandırıb. Buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.

Xatırladaq ki, İran bu görüşdə 2:6 hesabıyla məğlub olub.

Digər xəbərlər