Millimizdən ardıcıl 5-ci qələbə

Millimizdən ardıcıl 5-ci qələbə
Futbol
20 Noyabr 2022 - 18:51
Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan matçda millimiz 3:1 hesabıyla qalib gəlib.

Bununla yığmamız ardıcıl 5-ci qələbəsini qazanıb.

Azərbaycan bir neçə gün əvvəl səfərdə Moldovanı 2:1 hesabıyla məğlub edib.

20 noyabr

Yoldaşlıq oyunu

17:00. Şimali Makedoniya - Azərbaycan - 1:3

Qollar: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 88 (1:3)

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı

Digər xəbərlər