Dünya çempionatına 300 milyard dollar xərclənib

Dünya çempionatına 300 milyard dollar xərclənib
Dünya Kuboku-2022
19 Noyabr 2022 - 11:00
Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ məlum olub.

Supersport.Az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib.

Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və digər obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Açılış matçında Qətər Ekvadorla üz-üzə gələcək.

Digər xəbərlər