Ronaldo dünya çempionu olsa, karyerasını bitirəcək

Ronaldo dünya çempionu olsa, karyerasını bitirəcək
Futbol
18 Noyabr 2022 - 19:52
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo bu il Qətərdə keçiriləcək dünya çempionatının qalibi olsa, karyerasını başa vuracaq.

Supersport.Az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə Pirs Morqana müsahibəsində bildirib.

Təcrübəli forvard əsas arzusu rellaşmayacağı təqdirdə, daha 2-3 il oynamaq istədiyini söyləyib: "Məncə, 40 yaşında karyeranı başa vurmaq ən yaxşısıdır".

Ronaldo Argentina millisinin və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi haqqında da danışıb: "Messi inanılmaz futbolçudur. Onunla 16 il eyni səhnəni paylaşdıq, möhtəşəm münasibətimiz də var. Dost kimi olmasa da, daha çox komanda yoldaşı kimiyik".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə üz-üzə gələcək.

Digər xəbərlər