Mahir Emrelidən fantastik qollar - Video

Mahir Emrelidən fantastik qollar - Video
Futbol, Video
14 Noyabr 2022 - 01:00
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Emreli uzun müddət sonra qol vurub.


Supersport.Az xəbər verir ki, forvard ölkə çempionatının 17-ci turunun "Riyeka"ya qarşı keçirilən matçında dubl edib. 72-ci dəqiqədə meydana çıxan Mahir tezliklə fərqlənib. O, qoldan bir dəqiqə sonra sarı vərəqə alıb. Emreli 85-ci dəqiqədə özünün 2-ci, komandasının 7-ci qolunu vurmaqla dublunu rəsmiləşdirib. Beləliklə, "Dinamo" 7:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emreli sonuncu qolunu 3-cü turda "İstra" ilə matçda vurmuşdu. "Dinamo" 16 oyundan sonra turnir cədvəlinin lideridir. Komandanın bir oyunu təxirə salınıb.

Digər xəbərlər