Azərbaycan ilk gün birinci yerdə

Azərbaycan ilk gün birinci yerdə
Digər, Cüdo
04 Noyabr 2022 - 19:37
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Bakıda cüdo üzrə təşkil olunan "Böyük Dəbilqə" turnirinə uğurla başlayıb.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə təmsilçilərimizdən 60 kiloqramda mübarizə aparan Balabəy Ağayev qızıl, eyni çəki dərəcəsində Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) bürünc mükafat qazanıblar. Aktivində üç medal olan yığmamız ümumi komanda hesabında birinci yeri tutub.

Yekun nəticəyə görə, yarışda ilk üç yeri tutan idmançılara mükafatlar təqdim edilib.

Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovdan güclü olub. Bu çəkidə digər idmançımız Kəramət Hüseynov üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosu məğlub edərək bürünc medal qazanıb. Orxan Səfərov isə serbiyalı idmançı Strahinca Bunsisa qalib gələrək üçüncü yeri tutub.

Digər xəbərlər