"Neftçi"nin baş məşqçisi: "Qarabağ"a məğlubiyyətdən dərs almalıyıq" - Video

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"a məğlubiyyətdən dərs almalıyıq" - Video
Futbol, Video
01 Oktyabr 2022 - 20:33
Supersport.Az Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qarabağ"a uduzan "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın fikirlərini videogörüntüyə alıb. Rumın mütəxəssis məğlubiyyətdən dərs almalarını bildirib.

"Təbii ki, nəticəyə görə üzgünük. İlk yarıda yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdı. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq".

- Bu gün uğurlu nəticə üçün nə çatışmadı?
- İndidən bir söz deyə bilmərəm. Çünki oyunu analiz etmək lazımdı. Sadəcə olaraq, çox tez arxayınlaşdıq. "Qarabağ"a qol fürsətləri verdik.

- Əsas rəqiblərinizə uduzursunuz...


- "Sabah"la matçda qapımıza üç penalti təyin edildi. Bunlar fərqli görüşlərdi. Məncə, bu gün "Qarabağ"a qarşı yaxşı oynadıq. Futbolçularıma güvənirəm.

- Solomon Kvirkveliyanın ehtiyatda qalmasına nə səbəb olmuşdu?


- Milli komandanın düşərgəsindəydi və oyuna üç gün qalmış gəldi. Mamadu Mboc fasilə zamanı məşqlərdə yaxşı işləmişdi. Ona görə də meydana onu buraxmaq qərarına gəldim.

- "Qarabağ"a qarşı ilk dəfə oynamış oldunuz. Rəqib barədə nə deyəcəksiniz?

- İlk dəqiqələrdən "Qarabağ"a qarşı hücum futbolu oynamağa çalışdıq. Yaxşı, uğurlu epizodlar da oldu. "Qarabağ"ın güclü oyunçuları və geniş heyəti var. Müdafiədə oynamayaraq risk etmiş olduq. Bu oyun bizim üçün yaxşı dərs olmalıdır.

- "Qarabağ" səviyyəsinə çatmaq üçün "Neftçi"yə nə qədər zaman lazımdır?
- Mən ancaq bugünkü matç haqda danışa bilərəm. Onları yalnız təbrik edə bilərəm. Biz "Neftçi"yik və kiməsə çatmağa can atmağa ehtiyacımız yoxdur.

Digər xəbərlər