"Qarabağ" – "Neftçi" oyununa biletlər satışa çıxarılır

"Qarabağ" – "Neftçi" oyununa biletlər satışa çıxarılır
Futbol
30 Sentyabr 2022 - 00:01
Premyer Liqasının 8-ci turunda keçiriləcək "Qarabağ" – "Neftçi" qarşılaşmasının biletləri bu gün saat 11:00-dan satışa çıxarılacaq.

Supersport.Az xəbər verir ki, biletlər hələlik onlayn (iticket.az) satılacaq.

Oyun günü isə azarkeşlər biletləri həm iticket.az, həm də "Azersun Arena"nın kassasından ala biləcəklər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

J1, J2, K1, K2, L1, L2 sektorları "Neftçi" azarkeşləri üçün nəzərdə tutulub. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.

 

Digər xəbərlər