AFFA-da böhran: yığmaya mükafat verməkdən imtina edilib

AFFA-da böhran: yığmaya mükafat verməkdən imtina edilib
Futbol, Eksklüziv
28 Sentyabr 2022 - 21:21
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA avqustda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına vəd etdiyi mükafatı verməkdən imtina edib.

Məlumatda bildirilir ki, qurum maddi çətinlik olduğunu əsas gətirərək, hər oyunçuya 5 min manat ödəmək istəmir.

Xatırladaq ki, Samir Əliyevin baş məşqçi olduğu yığmamız Konyada 3-cü yer uğrunda oyunda penaltilər seriyasında Əlcəzairi 4:3 məğlub etmişdi. Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığması çempion olmuşdu.

Digər xəbərlər