"Neftçi"nin baş məşqçisi "Qarabağ"a qalib gələcəyik" dedi

"Neftçi"nin baş məşqçisi "Qarabağ"a qalib gələcəyik" dedi
Futbol
23 Sentyabr 2022 - 15:55
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya mətbuatına müsahibə verib.

Supersport.Az xəbər verir ki, "Digisport.ro"ya açıqlamasında 47 yaşlı mütəxəssis komandanı Konfrans Liqasına hazırlamaq üçün kifayət qədər vaxtının olmadığını bildirib:

"Azərbaycanda işləmək xoş bir təcrübədir. Təəssüf edirəm ki, Konfrans Liqasına daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtım olmadı. Yaxşı, reytinqli komandaya uduzduq. Hələ buradakı futbol haqqında çox şey deyə bilmərəm. Amma hər çempionatın öz cazibəsi var və belə təcrübələr məni cəlb edir".

Regekampf Premyer Liqanın növbəti turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda da danışan məşqçi, qələbə qazanacaqlarına ümid edir:

"Hələlik yaxşıyıq. "Neftçi"nin qarşıda "Qarabağ"la matçı olacaq. Hər cəhətdən xüsusi olan derbidir. Onlarla oynayacağımız dörd oyunun birincisində hansı səviyyədə olduğumuzu görəcəyik. Bu, çoxlu tamaşaçının izlədiyi və çox stresli bir oyun olacaq. Qalib gələcəyimizə ümid edirəm".

Digər xəbərlər