"Qara Qarayev nəyə görə milliyə dəvət olunmadığını bilir"

"Qara Qarayev nəyə görə milliyə dəvət olunmadığını bilir"
Futbol
21 Sentyabr 2022 - 20:21
UEFA Millətlər Liqası çərçivəsində Slovakiyanın Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi fikirlərini bölüşüb.

"Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası, rəqibdən qorxmamalıyıq. Son dörd matçda göstərdiyimiz oyuna nəzərən, daha az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik.

Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa-olsun, biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik".

Digər xəbərlər