"Qarabağ"ın fanatı da şəhid oldu

"Qarabağ"ın fanatı da şəhid oldu
Futbol
17 Sentyabr 2022 - 21:11
Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı keçmiş futbolçularımızla yanaşı, azarkeş də şəhid olub.

"Qarabağ"ın fanatı Xəyal Əhədzadə də düşmənə qarşı mübarizədə həyatını itirib.

İkinci Qarabağ Müharibəsində 12 fanat şəhid olmmuşdu. "Qarabağ"ın fanatlarından Məhəmmədəli İbrahimli, Teymur Məcidzadə, "Qəbələ"sevər Təbriz Qasımov, Tapdıq Ağayev, Elməddin Mustafayev, Tural Cəlilov, Rüstəm Atakişizadə, "Neftçi"nin azarkeşi Afiq Qulamlı, Rüfət Əsgərli, "Kəpəz"sevər Anar Məmmədov, Əmrah Rəcəbov, "Keşlə"nin azarkeşi İsrail Cəfərov, "Sektor11"in üzvü Ziyadxan Əliyev, "Qalatasaray" fanatı Fərid Dursunov Vətənə canını fəda edib.

Allah bütün şəhidlərin məkanını cənnət etsin. 

 

Digər xəbərlər