"Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq" - Video

"Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq" - Video
Futbol, Video
14 Sentyabr 2022 - 18:00
"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik".

Supersport.Az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.


59 yaşlı mütəxəssis yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini bildirib. "Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar.

Kombuare Liqa 1-lə və Avropa Liqası arasında fərq qoymadıqlarını söyləyib:

"Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq".

Fransalı baş məşqçi futbolçuların durumunun yaxşı olduğunu sözlərinə əlavə edib:

"Buraya oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq".

Mütəxəssis yorğunluğun komanda üçün bəhanə olmayacağını diqqətə çatdırıb:

"Ardıcıl oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü qoymalıyıq.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər xəbərlər