"Qarabağ"ı hakim uduzdurdu, "Nant" uddu

"Qarabağ"ı hakim uduzdurdu, "Nant" uddu
Futbol
09 Sentyabr 2022 - 00:59
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" G qrupunda Almaniyanın "Frayburq" klubunun qonağı olub. Oyunun ilk 15 dəqiqəsində iki qol buraxan Azərbaycan klubu birinci hissədə fərqi azalada bilib. Ağdam təmsilçisi ikinci taymda Bundesliqanın liderindən üstün oyun göstərib. Hətta epizodlardan birində Abdullah Zubirə qarşı cərimə meydançasında kobudluq olsa da, belçikalı referi Erik Lambrextsin alman klubunun qapısına penalti təyin etməyə cürəti çatmayıb. Buna görə "Qarabağ" meydanı məğlub edib.

Qrupun digər oyununda Fransa "Nant"ı Yunanıstan çempionu "Olimpiakos"a qalib gəlib.

8 sentyabr

Avropa Liqası

G qrupu

1-ci tur

23:00. "Frayburq" (Almaniya) – "Qarabağ" (Azərbaycan) 2-1 

Qollar: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)

Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)

Frayburq. "Volfsvinkel" stadionu

"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 21. Noah Atubolu, 2. Uqo Sike, 7. Jonatan Şmid, 11. Daniel-Kofi Köreh, 14. Yannik Kaytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt, 34. Merlin Röl, 38. Mixael Qreqoriç

Baş məşqçi: Kristian Ştrayx

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Roman, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) 2-1

Qollar: Mustafa Muhamməd 32, Quessand, 90+3 - Motoussami, 50-avtoqol.

 

Digər xəbərlər